“ROSNO” ŞİRKƏTİ AZƏRBAYCANIN TƏKRAR SIĞORTA BAZARINA DAXİL OLUR
AZƏRTAC xəbər verir ki, ”Allianz SE” iri beynəlxalq sığorta-maliyyə holdinqinin tərkibinə daxil olan Rusiyanın “ROSNO” sığorta şirkətinin Azərbaycanda nümayəndəliyinin açılışı münasibətilə aprelin 25-də Beynəlxalq Ticarət Mərkəzində mətbuat konfransı keçirilmişdir.
Tədbirdə “Allianz SE” və “ROSNO” şirkətləri ilə bağlı ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 1890-cı ildə yaradılmış “Allianz SE” dünyanın ən qabaqcıl sığorta və maliyyə xidmətləri təklif edən şirkətlərindən biridir. Holdinqin fəaliyyətinin əsas istiqamətləri əmlak, həyat sığortası, tibbi və bədbəxt hadisələrdən sığorta, aktivlərin idarə edilməsi və bankçılıqdır. Şirkətin əməkdaşları 70-dən artıq ölkədə 80 milyondan çox müştəriyə xidmət göstərirlər. Ötən il qurumun ümumi gəliri 102 milyard avroya çatmışdır.
Holdinqə daxil olan “ROSNO” ASC müştərilərinə 130-dan çox könüllü və məcburi sığorta növü təklif edir. Şirkət Rusiyada “2007-ci ildə təkrar sığortada ən yaxşı sığortaçı” nominasiyasında qalib adını qazanmışdır.
Tədbirdə “ROSNO” şirkətinin baş direktoru Hannes Çopra, baş direktorun birinci müavini Dmitri Popov, Azərbaycandakı nümayəndəliyin rəhbəri Emin Aslanov çıxış etmişlər. Qeyd edilmişdir ki, şirkətin məqsədi biznesin uğurlu inkişafı üçün ölkənin sığorta və təkrar sığorta bazarı ilə əlaqələrin qurulması, nümayəndəlik vasitəsilə təkrar sığorta xidmətini kompleks şəklində təqdim etməkdir. Bu gün Azərbaycan qərb şirkətlərinin diqqət mərkəzindədir. MDB məkanında investisiyalar sahəsində ən cəlbedici bazarlardan biridir. İri investisiyalar isə hər zaman sığorta ilə yanaşı artır. MDB məkanında Rusiya və Qazaxıstan bazarlarından sonra ən dinamik inkişaf edən Azərbaycanın sığorta bazarı qəbul edilir. Çox sürətli inkişaf unikal tənzimləmə sistemi ilə nəzərə çarpır. Bütün bu amillər Azərbaycan bazarını bizim üçün cəlbedici edir. Şirkət Azərbaycan müştərilərini holdinqdə qəbul edilmiş keyfiyyət standartlarına uyğun sığorta xidmətləri ilə təmin etmək istəyir.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]