Rusiya Federasiyasının nümayəndə heyəti Xaçmaz şəhərində olub
Xaçmaz, 11 may, Elxan Yusifli, AZƏRTAC
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin açılış mərasimində iştirak edən Rusiya Federasiyasının nümayəndə heyəti mayın 11-də Xaçmaz şəhərində olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernovun rəhbərlik etdiyi nümayəndə heyəti Xaçmaz şəhərində Ulu Öndərin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Söhbət zamanı Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi xidmətlərindən danışılıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qonaqlara rayon haqqında ətraflı məlumat verib.