DÜNYA
Rusiya Rumıniya üçün hava məkanını bağlayıb
![Rusiya Rumıniya üçün hava məkanını bağlayıb](/files/2022/1/1200x630/16459171065012249873_1200x630.jpg)
Buxarest, 27 fevral, AZƏRTAC
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rumıniya üçün hava məkanını bağlayır.
AZƏRTAC xəbər verir ki, bu addım Rumıniyanın Rusiya təyyarələri üçün səmanı bağlaması ilə əlaqədar Rusiya Federasiyasının aviasiya hakimiyyət orqanları tərəfindən atılıb.
Rosaviasiyanın bəyanatında deyilir ki, Rumıniya aviasiya orqanlarının qeyri-dost qərarları ilə əlaqədar olaraq, Rumıniya Respublikasının aviadaşıyıcılarına və ya orada qeydiyyata alınmış Rusiya Federasiyasının hava məkanı vasitəsilə Rusiya ərazisindəki məntəqələrə müntəzəm uçuşlar, o cümlədən tranzit uçuşları yerinə yetirmək üçün məhdudiyyətlər tətbiq etmək qərara alınıb.
Rumıniyadan Rusiyaya uçuşlar yalnız Federal Hava Nəqliyyatı Agentliyinin və ya Rusiya Xarici İşlər Nazirliyinin xüsusi icazəsi ilə həyata keçirilə bilər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest