Rusiyalı atıcı: Dünyanın ən yaxşıları ilə mübarizə apararaq qalib gəlmək böyük xoşbəxtlikdir
Qəbələ, 10 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Əsrarəngiz gözəlliyə malik olan Qəbələyə səfər etdiyim üçün çox şadam. “Qəbələ” Atıcılıq Klubunun maddi-texniki bazasını çox bəyəndim. Qəbələ Stend və Ox Atıcılığı Kompleksi gözəl bir yerdə, dağların və meşələrin əhatəsində yerləşir.
Bu sözləri Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışlarında qızıl medal qazanan rusiyalı atıcı Nataliya Zvaqinseva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
O, Qəbələdən xoş təəssüratlarla ayrılacağını, Qəbələ şəhərini, təbiətin gözəlliyini, yerli insanların qonaqpərvərliyini və buradakı uğurunu heç vaxt unutmayacağını bildirib. “Yarışlar yüksək səviyyədə təşkil olunub. Qəbələdəki atıcılıq mərkəzində idmançılar və qonaqlar üçün lazımi şərait yaradılıb. Məşq yerləri və yarış poliqonu da hər bir atıcının ürəyincədir. Belə müasir atıcılıq mərkəzində dünyanın ən yaxşıları ilə mübarizə apararaq qalib gəlmək böyük xoşbəxtlikdir”, - deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [21:40]
Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib
- 10.06.2026 [18:54]