CƏMİYYƏT
Rusiyanın televiziya aparıcısı qonaqpərvərliyə görə Bakıya minnətdarlığını bildirmişdir
Bakı, 13 aprel (AZƏRTAC). Rusiyanın televiziya aparıcısı və jurnalist Kseniya Sobçak sosial şəbəkələrdə Bakıya səfəri haqqında təəssüratlarını bölüşmüşdür.
AZƏRTAC xəbər verir ki, Kseniyanın Azərbaycan paytaxtına səfərindən məqsəd Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının Ümumdünya Forumunda iştirak etmək olmuşdur.
Sobçak Twitterdə yazır: “Qonaqpərvərliyinə görə Bakıya minnətdaram! Orada özümü yaxşı hiss edirdim”. Teleaparıcı Bakıya səfəri zamanı “Bakı Venesiyasını” və İçərişəhəri gəzə bilmişdir. Kseniya Bakıda çəkdirdiyi fotoşəkilləri də sosial şəbəkələrdə nümayiş etdirmişdir.
Heydər Əliyev Mərkəzi Rusiyanın televiziya aparıcısında xüsusi təəssürat oyatmışdır. Bu barədə Kseniya Sobçak belə yazır: “Bu, dünya səviyyəli arxitekturadır. Həyatımda gördüyüm ən gözəl binalardan biridir”.