Bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 5 iyul, AZƏRTAC
Tovuz rayon Böyük Qışlaq bələdiyyəsinin sabiq sədri Zöhrab Məmmədovun qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda başlanılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, aparılan istintaq nəticəsində Zöhrab Məmmədovun rayonunun Böyük Qışlaq bələdiyyəsinin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək saxtakarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.
O, Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:38]
G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub
- 17.10.2026 [13:56]
“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub
- 17.10.2026 [12:31]
Bakıda İndoneziya mətbəxi təqdim olunub
- 17.10.2026 [12:26]
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib
- 17.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 17.10.2026 [10:49]
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]