Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Duo-Avey”: Gənc azərbaycanlı istedadlar Parisdə Azərbaycan musiqisi ifa edirlər

Bakı, 5 iyul, Anara Axundova, AZƏRTAC

AZƏRTAC mədəniyyətimizi ölkəmizin hüdudlarından kənarda tərənnüm edən Azərbaycanın gənc istedadları haqqında məqalələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətlərimiz beynəlxalq mükafatların laureatları – Parisdəki Alfred Korto adına Musiqi Məktəbində (“L'École normale de musique de Paris - Alfred Cortot”) təhsil alan fleytaçı Ağarəhim Quliyev və pianoçu Eldəniz Ələkbərzadədir. Onlar Azərbaycan musiqisinin də ifa olunduğu “Duo Avey” duetini yaradıblar. Musiqiçilərin repertuarına Azərbaycan klassikləri – Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev və başqa bəstəkarların əsərləri daxildir. Gənc istedadlar musiqi duetinin necə yaranmasından danışıblar.

Ağarəhim musiqiçi ailəsində dünyaya gəlib, nənəsi və anası pianoçudurlar. O, hələ 4 yaşında çox sevdiyi musiqi ilə məşğul olmağa başlayıb.

Gənc musiqiçi deyir: “Artıq 7 yaşım olanda nənəmin köməyi sayəsində musiqi ilə peşəkar səviyyədə məşğul olmağa qərar verdim. 2009-cu ildə Rostropoviç adına Musiqi Məktəbində Azərbaycanın Xalq artisti Müzəffər Ağamalızadənin sinfinə daxil olmuşam, 2018-ci ildən isə orada fleyta ilə məşğul olmuşam”.

Eldəniz isə 5 yaşından uşaq bağçasında musiqi dərsləri zamanı piano ilə maraqlanmağa başlayıb. Uşağın musiqiyə həvəsini görən müəllimi onun bu sahədə qabiliyyətini sınayıb və valideynlərinə oğullarını bu sənətə sövq etməyi tövsiyə edib.

Eldəniz xatırlayır: “Onun adı Vera Romanovna Koryukova idi. Bu qadın mənim ilk müəllimim oldu. Sonra Sankt-Peterburqda musiqi məktəbinə getdim. Fortepiano müəllimlərim Tamara Peçeneva, Mixail Benediktov, Alla Əfəndiyeva olublar”.

Ağarəhimlə Eldəniz təhsil almağa getdikləri Parisdə tanış olublar.

Ağarəhim qeyd edir: “Mən Bakıda BMA-ya daxil oldum və ikinci və ya üçüncü kursdan sonra Avropada təhsil almaq barədə fikirləşirdim. Amma birinci kursdan sonra Parisə getdim. Dünyanın ən yaxşı fleyta məktəbi Fransada olduğu üçün çoxları mənə fransız məktəbinə getməyi məsləhət gördü. Lakin o zaman Fransaya köçmək, məsələn, Almaniya və ya İtaliyada yerləşməkdən qat-qat çətin idi. Azərbaycanlı vokalçılarımız İtaliyaya, pianoçularımız Almaniyaya gedirlər, Fransaya isə az adam yollanıb və bu ölkədəki musiqi təhsili müəssisələri haqqında o qədər də çox məlumat yox idi. Amma o vaxt, 2016-cı ildə mən hələ musiqi məktəbini bitirməmişdim, dostum, Səməd Vurğunun nəvəsi Vurğun Vəkilov İsveçrəyə müsabiqəyə getdi, orada uğur qazandı, mükafat və xüsusi təltif aldı, həm də bir il müddətinə Parisdəki Alfred Corto Musiqi Məktəbində pulsuz təhsil hüququ əldə etdi və oraya getdi. Bir müddət sonra proseslərin necə davam etdiyini başa düşən Vurğun məni də dəvət etdi. Bütün müəllimlərim dedi ki, Parisə, fleyta məktəbinin mənşəyinə getmək daha yaxşıdır. Müraciət etmək qərarına gəldim və 2018-ci ilin avqustunda canlı dinləmə üçün Parisə yollandım, müsabiqədən keçdim və gözlədiyimdən iki səviyyə daha yüksək sinfə daxil oldum”.

Parisə köçəndən sonra Ağarəhim Eldənizə də bu şəhərə gəlməyə kömək edib. Gələcək həmkarların birgə fəaliyyəti bax, belə başlayıb.

Gənc pianoçu əlavə edir: “BMA-nı bitirdikdən sonra gələcək təhsilimlə bağlı sual yarandı. Mən bir çox konservatoriyalara, bir çox müəllimlərə namizədlik müraciəti göndərdim: Vyanaya, Veymara, Amsterdama, Bernə, Sürixə, Berlinə. Hər yerdə müsabiqədən keçdim və məni qəbul etməyə hazır idilər. Amma mən namizədliyimi Rene Şerşevskaya da daxil olmaqla Parisə göndərmək qərarına gəldim. Elektron poçt vasitəsilə əlaqə saxlayıb qeydlərimi göndərdikdən sonra onunla telefonla danışdıq və anladım ki, Rene məni öz sinfinə götürməyə hazırdır. Sonra sənədlər məsələsi ilə məşğul oldum. Mən heç nə başa düşmürdüm, çünki əvvəllər Paris və Fransa haqqında düşünməmişdim, bütün bunlar birdən-birə baş verdi. O vaxt Ağarəhimi də tanımırdım, amma bilirdim ki, Parisdə oxuyur, sosial şəbəkələrdə onunla əlaqə saxladım və dərhal mənə cavab verdi, hətta əvvəllər “sən”lə danışırdıq (gülür). Ondan mənə kömək etməsini xahiş etdim. Ağarəhim bütün sənədlərimə kömək etdi, lazım olan hər şeyi qaydaya saldı və mən Fransaya köçdüm”.

Musiqiçilərin dediyinə görə, onların belə bir duet yaratmaq fikri yox idi. Eldəniz Parisə gələndən az sonra onlar birlikdə musiqi əsərləri ifa etməyə başladılar.

Ağarəhim xatırlayır: “Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzi tez-tez tədbirlər təşkil edirdi. Eldəniz təşkilatçılarla görüşdü, səfirliyin tədbirinə gəldik, soruşdular ki, ikimiz birlikdə çıxış edə bilərikmi? Biz də razılaşdıq. Proqramımız, ideyalarımız var idi, amma düşünmürdük ki, onları həyata keçirəcək və bu proqramdan konsert yarada biləcəyik”.

Nəticədə musiqiçilər ilk konsertlərini Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzində, sonra ikincisi oldu, daha sonra Alfred Korto adına Musiqi Məktəbində bir neçə konsertlə çıxış etdilər, daha sonra Parisin rayonlarının meriyalarında konsertlər verməyə başlayıblar. Onlar repertuarlarında əsərlərin xeyli artdığını kəşf etdilər ki, bununla da nəsə etmək lazım gəlirdi.

Ağarəhim bu prosesləri belə şərh edir: “Belə bir repertuarı təsnif etmək lazım gəlirdi. Bir tədbirdə eyni anda bir neçə fərqli əsərin ifa edilməsi bəzən maraqlı ola bilər, amma bəzi hallarda isə yersiz olur. Düşündük ki, bu məsələyə daha ciddi yanaşmaq lazımdır. Nəticədə yay tətilində duet yaratmaq ideyası yarandı, artıq rəsmi olaraq. Çünki bu qədər uzun müddətdə biz, əslində, duet kimi çıxış etmişik”.

Həmsöhbətlərimizin fikrincə, Fransada duet yaratmaq üçün müəllif hüquqlarını qoruyan sənəd əldə etmək və iştirakçıları peşəkar musiqiçi kimi qeydiyyatdan keçirməyə nəhəng sənədlər paketi toplamaq lazımdır.

Eldəniz qeyd edir: “İnkişafımıza töhfə verən, ideoloji layihələr təklif edən, hüquqi məsələlərdə kömək edən Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Aytən xanım Muradovanı qeyd etmək istərdim. Onun dəstəyi böyük idi. Aytən xanım bizə çox kömək etdi və bu günə qədər də bunu davam etdirir. Ad ideyası da ona məxsusdur: “Avey” Qazaxda olan dağdır”.

Musiqiçilər öz repertuarlarını diqqətlə seçir, proqramlarına daim Azərbaycan bəstəkarlarının əsərlərini əlavə edirlər.

Eldəniz bunu belə izah edir: “Bu, həmişə böyük uğurdur! Azərbaycan musiqisi çox parlaq, rəngarəng və dərin olduğundan, ictimaiyyət üçün həmişə maraqlıdır. Yeri gəlmişkən, Paris ictimaiyyətinin həmişə mühafizəkar və akademik hesab olunmasına baxmayaraq, bizim musiqimiz həmişə parislilərin qəlbində əks-səda verib. İnsanlar tez-tez konsertlərdən sonra bizə müraciət edir və ifa etdiyimiz Azərbaycan bəstəkarlarının yaradıcılığı haqqında ətraflı məlumat almaq istəyirlər”.

Duetin iş günlərini necə keçirməsi barədə danışanda, uşaqlar gülürlər.

Ağarəhim bununla bağlı deyir: “Adətən belə olur – Eldəniz axşam mənə zəng vurur və deyir ki, sabah səhər saat 10-11 radələrində bir neçə sonataya baxmaq üçün yanıma gələcək. Nəticə etibarilə səhər saat 8:30-da bu adam artıq mənim evimdə, böyük not yığını və yeni əsərlərlə pianonun başındadır. Həm də bu, çox uzun müddətdir davam edir!”

Eldəniz onun sözlərinə əlavə edir: “Ağarəhim yanıma bir noutbukla gəlir, orada notlar da yüklənir və biz musiqi ifa etməyə, improvizələrə, çalışmağa başlayırıq”.

Gənc musiqiçilər vurğulayırlar ki, onlar davamlı olaraq iş başında,, yaradıcılıq prosesində, inkişafda olmağı üstün tuturlar və bundan böyük zövq alırlar. Duetin gələcəklə bağlı geniş planları var.

Ağarəhim deyir ki, 2024-2025-ci illərdə Avropada və onun hüdudlarından kənarda konsertlər verməyi nəzərdə tuturlar. Eldəniz isə Bakıda da çıxış etmək arzusundadır və əlavə edir: “İnşallah, Bakıya da gedərik. Səfərin dəqiq vaxtını deyə bilmərəm, amma indi bununla məşğuluq”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam