Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bayden-Tramp debatı ABŞ-da seçki öncəsi vəziyyəti dəyişib

Bayden-Tramp debatı ABŞ-da seçki öncəsi vəziyyəti dəyişib

AZƏRTAC, 5 iyul, Vaşinqton

İyulun 27-də ABŞ Prezidenti Co Baydenlə sabiq prezident Donald Trampın ilk debatı hakim Demokratlar Partiyasında ciddi fikir ayrılığı yaradıb. 81 yaşlı prezidentin səhhəti ilə bağlı narahatlıqlar Donald Trampın yenidən seçilməsindən qorxan demokratları təşvişə salıb.

AZƏRTAC ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində yaranmış vəziyyətə nəzər salır.

Ölkənin iki ən böyük partiyası olan Demokratlar Partiyası və Respublikaçılar Partiyasının namizədləri hələ ki, təsdiqlənməyib. Hakim partiyanın ən real namizədi hazırkı Prezident Co Bayden, Respublikaçılar Partiyasının namizədi isə əvvəlki prezident Donalt Trampdır. Belə ki, onların hər ikisi namizədliklərini təmin etmək üçün ilkin seçkilərdə (praymeriz) qalib gəlib. Respublikaçılar Partiyasının namizədi iyulun 15-18-də Viskonsin ştatının Milouki şəhərində keçiriləcək partiya qurultayında elan ediləcək. Demokratlar Partiyasının qurultayı isə 19-22 avqust tarixlərində Çikaqo şəhərində baş tutacaq.

Debatda kim uduzdu?

Co Bayden və Donald Tramp arasında iyunun 27-də CNN telekanalında baş tutmuş debat zamanı 81 yaşlı hazırkı prezidentlə onun 78 yaşlı rəqibi arasında fərq kifayət qədər hiss olunurdu. Boğuq və yavaş səslə çıxış edən Baydenin Trampla fikir ayrılıqlarını aydın şəkildə ifadə edə bilməməsi müşahidə edilirdi. Debatda Baydenin əsas vəzifələrindən biri yaşı ilə bağlı seçicilərin narahatlığına son qoymaq olsa da, o, bunu bacarmadı. Xüsusilə statistika və qanunvericiliyə istinad etmək istəyərkən Bayden tərəddüdlə çıxış edirdi. O, fikrini ifadə etmək üçün səsini nadir hallarda qaldırırdı.

Debatdan dərhal sonra Bayden komandası Prezidentin soyuqladığını və gərgin gündəliyə malik olduğunu açıqladılar.

Demokratların düşərgəsində isə Baydenin mübarizədən çəkilməsini tələb edənlərin sayı artmağa başladı.

Baydenin çıxışı Demokratlar Partiyası və donorlar arasında ciddi narazılıq yaradıb. Baydenin tərəfdarlarından biri, konqresmen Ceyms Klaybörn iyulun 3-də CNN-ə müsahibəsi zamanı Demokratlar Partiyasının avqusta keçiriləcək qurultay öncəsi kiçik praymerizin (ilkin seçkilər) təşkil olunması fikrini səsləndirib. Debatdan dərhal sonra o, Demokratları sakit olmağa çağırsa da, bir həftə keçdikdən sonra görünür, fikrini dəyişib. “Biz keçən cümə axşamı gördüyümüzü gördük və bu, narahatlıq doğurur”,- deyə o, açıqlamasında qeyd edib.

Bu günlərdə Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosi də partiyasının böhranla üz-üzə qaldığına dair fikir səsləndirib. Daha sonra Texasdan olan konqresmen Lloyd Doggett açıq şəkildə Baydeni mübarizədən çəkilməyə çağırıb. “Trampdan fərqli olaraq, Prezident Baydenin ilk öhdəliyinin həmişə özü ilə deyil, ölkəmizə bağlı olduğunu qəbul edərək, onun geri çəkilməklə bağlı ağrılı və çətin qərarı verəcəyinə ümid edirəm. Mən onu bunu etməyə çağırıram",- deyə konqresmen CNN-ə bildirib.

Qanunvericilər, həmçinin Baydenin zəif tərəflərinin potensial seçicilərin ruhdan sala biləcəyindən, Senatda çoxluğunu saxlamağa və Nümayəndələr Palatasına nəzarəti geri almağa çalışan demokratların uğursuzluğa düçar olacağından narahatdırlar. “Həqiqət odur ki, Bayden Trampa məğlub olacaq. Bilirəm, bu çətindir, lakin debat öz zərərini artıq vurub”,- deyə konqresmen Mari Qluesenkamp Perez ABC telekanalına müsahibəsində deyib.

Mövcud narahatlıq və narazılıqlar fonunda Bayden komandası artıq addımlar atmağa başlayıb. İyulun 3-də Baydenin qubernatorlarla görüşü təşkil edilib, “ABC News”a müsahibə təyin edilib və həftəsonu seçki kampaniyası üçün səfər gündəliyi açıqlanıb.

Ən çox təzyiqə məruz qalanlardan biri də Ağ evin mətbuat katibi Karin Jan-Pyerdir. Keçirdiyi mətbuat konfransı zamanı jurnalistlərdən biri ona Co Baydenin “Altsheymer”, dimensiya və ya bu cür davranışa səbəb ola biləcək hansısa xəstəlikdən əziyyət çəkməsi ilə bağlı sual ünvanlayıb. Başqa bir sual isə debatdan sonra Baydenin həkim müayinəsindən və ya nevroloji testdən keçib-keçmədiyi ilə bağlı olub. “Çox pis gecə idi (debat gecəsi). Biz bunu anlayırıq, Prezident də bu barədə danışıb”,-deyən mətbuat katibi Bayden administrasiyanın, əslində, debatın neqativ təsirlərini qəbul etdiyini etiraf edib. Mətbuat katibi 81 yaşlı Prezidentin Donalt Trampla debat zamanı zəif çıxışını soyuqlaması, sıx gündəlik və uçuş yorğunluğu ilə əlaqələndirib.

“Co Bayden qətiyyən prezident seçkilərindən çəkilmək niyyətində deyil”,- deyə Karin Jan-Pyer digər bir sualı cavablandırarkən deyib.

Baydenin qubernatorlarla görüşü

Baydenin qubernatorlarla keçirdiyi görüşün də məqsədi onun yaşı və mental sağlığı ilə bağlı narahatlıqları aradan qaldırmaq idi. İyulun 3-də o, Demokratlar Partiyasından olan 20-dən çox qubernatorla qapalı görüş keçirib. “ABC News”un mənbəyə istinadla bildirdiyinə görə, bir saatlıq görüşdə ona fiziki sağlığı barədə suallar verilib. Prezident yeni tibbi müayinədən keçdiyini və sağlığının yerində olduğunu deyib.

Görüş zamanı Bayden mübarizədən çəkilməyəcəyinə dair vədini təkrarlayıb. O, debatdakı zəif çıxışına görə məsuliyyəti öz üzərinə götürərək, qubernatorlara debatdan əvvəl gündəliyini asanlaşdırmalı olduğunu söyləyən işçilərinə qulaq asmadığını deyib. Bayden bildirib ki, daha çox yuxuya və istirahətə ehtiyacı var və o, axşam 20:00-dan sonra görüş təyin etməyəcək.

Keçirilən görüş partiya üzvlərini bir qədər sakitləşdirsə də, narahatlıqlar hələ də qalır.

Kamala Harris - partiyanın gələcəyi

Beləliklə, Baydenin ən yaxşı namizəd olaraq qaldığını iddia edənlər son günlərdə mövqelərini itirdiklərini etiraf edirlər. Bəzi demokratlar vitse-prezident Kamala Harrisin noyabrda respublikaçı real namizəd Donald Trampla mübarizədə Baydeni əvəz edə biləcəyi fikrini açıq şəkildə nəzərdən keçirməyə başlayıblar. Kamala Harris Bayden administrasiyasının funksionerlərindən biridir.

"Prezidentin Kamala Harrisi vitse-prezident seçməsinin əsas səbəblərindən biri odur ki, o, həqiqətən də partiyanın gələcəyidir", - deyə Ağ evin mətbuat katibi brifinqdə deyib.

Donald Trampla Co Baydenin növbəti debatı sentyabrın 10-a təyin olunub. Artıq həmin debatda onlar partiyalarının təsdiqlənmiş namizədi kimi qarşı-qarşıya gələcəklər.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam