Sabah Bakıda və Abşeron yarımadasında 39 dərəcə isti olacağı gözlənilir
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycanda iyulun 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 34-39° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi 755 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, eləcə də şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Gecə 21-26°, gündüz 35-39° isti, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 34-39° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy və Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, bəzi yerlərdə 30-33° isti olacaq.
Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 34-39° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 24-29° isti olacaq.
Mingəçevir, Şirvan, Yevlax, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Ağdaş, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan və Neftçalada hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 34-38°, bəzi yerlərdə 40° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 31-36° isti, dağlarda gecə 20-23°, gündüz 26-30° isti olacağı gözlənilir.