Ryazan vilayəti ilə investisiya və ixrac imkanları müzakirə olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində - AZPROMO-da olub.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Agentliyin rəhbəri Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri, əsas hədəfləri, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi sahəsində birgə görülən işlər haqqında danışıb.
Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitin Ryazan vilayətinin biznes imkanlarından bəhs edib, əməkdaşlığın inkişafının önəmini vurğulayıb.
Görüşdə tərəflər arasında qarşılıqlı investisiya və ixrac imkanları barədə informasiya mübadiləsinə dair razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]