SAATLININ MİRCƏLAL KƏNDİNDƏ YENİ ELEKTRON ATS İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Saatlı rayonunun Mircəlal kəndində 256 yerlik yeni elektron tipli Avtomat telefon Stansiyası (EATS) istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Rahib Salahov rabitə müəssisəsinin Milli Qurtuluş günü ərəfəsində istifadəyə verilməsini əlamətdar hadisə adlandırmış və bildirmişdir ki, xalqımız ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla irəliləyir, həyatın bütün sahələrində qələbələr qazanır. Natiq demişdir ki, Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi daxili və xarici siyasətin heç bir alternativi yoxdur, bu yol haqq və ədalət yolu, sürətli tərəqqi yoludur.
Tədbirdə çıxış edən “Aztelekom” İstehsalat Birliyinin şöbə müdiri Vidadi İsmayılov ölkədə rabitə və texnologiya sistemlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqda məlumat vermişdir.
Mərasimə toplaşan kənd sakinləri diqqət və qayğıya görə ölkə təşəkkür etmişlər.
Açılışı bildrən qırmızı lent kəsildikdən sonra iştirakçılar EATS-lə yaxından tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:11]
Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO
- 10.06.2026 [22:57]