Sabah hava necə olacaq
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, fasilələrlə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-5° , gündüz 8-11° isti olacaqdır.
Bakıda gecə 3-5° , gündüz 8-10° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
fasilələrlə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-7° , gündüz 12-17° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
fasilələrlə yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların arabir intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 0-4° , gündüz 5-9° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 1-5° , gündüz 8-13° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların arabir intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 0-4° , gündüz 7-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-6° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 3-6° , gündüz 11-16° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların arabir intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 3-5°, gündüz 10-14° isti, dağlarda gecə 0-3° isti, gündüz 7-10° isti olacaqdır.