REGİONLAR
Sabirabadda ədəbi-bədii kompozisiya: “Şəhidlik əbədiyyət zirvəsidir”
![](/files/galleryphoto/2021/3/1200x630/16325604756086832439_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16325604753959241952_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16325604753636840570_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16325604755913440583_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16325604754069540439_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16325604755349918788_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16325604752727448330_1200x630.jpg)
![](/files/galleryphoto/2021/3/1200x630/16325604754767057089_1200x630.jpg)
Sabirabad, 25 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda 27 sentyabr - Anım günü ilə əlaqədar Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sabirabad rayon Mədəniyyət Mərkəzinin akt zalında gerçəkləşən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Sabirabad rayon Mədəniyyət Mərkəzi və kənd mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Çıxış edənlər 44 günlük Zəfər yürüşündən və şanlı Qələbədən söhbət açıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu düşmən üzərində parlaq qələbə qazanıb. İgid oğullarımız Vətən uğrunda canlarını fəda etməklə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında qəhrəmanlıq göstəriblər.
Sonra Vətən müharibəsində həlak olan Sabirabad rayonundan olan şəhidlərin əziz xatirəsinə ithaf edilmiş videoçarxa baxış keçirilib.
Mədəniyyət Mərkəzinin A.İsgəndərov adına Xalq teatrının təqdim etdiyi “Şəhidlik əbədiyyət zirvəsidir” adlı ədəbi-bədii kompozisiya iştirakçılara qürurlu anlar yaşadıb.