Stoltenberq: NATO-nun yüksək hazırlıqlı 500 min hərbçisi var
Bakı, 14 iyun, AZƏRTAC
NATO ölkələri öz hərbi imkanlarını artırır, hazırda alyansın 500 minə yaxın yüksək hazırlıqlı hərbçisi var.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra bildirib.
“Biz hazırda NATO qüvvələrinin hazırlığını artırırıq. Müxtəlif strukturlarda 500 min NATO hərbçisi yüksək hazırlıq vəziyyətindədir, bu, Madriddə keçirilən sammitdə razılaşdırılandan xeyli çoxdur. Onlar bir neçə gün ərzində istənilən zəruri istiqamətə cəlb oluna bilərlər”, - deyə Stoltenberq vurğulayıb.
Baş katibin sözlərinə görə, blok ölkələri növbəti beş ildə, həmçinin kollektiv müdafiəni hava hücumundan müdafiə sistemləri, eləcə də ən yeni nəsil qırıcılarla gücləndirməyi planlaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]