REGİONLAR
Sabirabadda Qurban bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub
![](/files/galleryphoto/2022/2/1200x630/16573615854252724340_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573615855663838398_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573615852558526192_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573615855868412713_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573615855754240789_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573615851186141695_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573615852710543574_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573615855832112129_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657361585902331067_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573615855155114762_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165736158558790927_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657361585671833418_1200x630.jpg)
Sabirabad, 9 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən Müqəddəs Qurban bayramı ərəfəsində, İkinci Qarabağ müharibəsində şəhid olan şəxslərin ailələri və təqaüddə olan mədəniyyət işçiləri ziyarət olunub.
Regional idarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşlər Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon komitəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib. İdarə rəisi Fərid Qurbanzadə və komitə sədri Telman Əzimov tərəfindən Sabirabad rayonundan şəhid Süleyman Qarayevin və Sabirabad rayonunun Məmişlər kəndindən şəhid Fərid Hüseynovun ailələri ziyarət edilib.
Həmçinin təqaüddə olan mədəniyyət işçisi, uzun müddət Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq Teatrının üzvü olmuş Güldərən Azayeva da baş çəkilib.
Hər üç ailəyə mədəniyyət işçiləri adından bayram təbrikləri çatdırılıb, sovqat verilib.
Həmçinin Qurban bayramı ərəfəsində Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Saatlı rayon komitəsinin birgə təşkilatçılığı ilə Saatlıda da bu təşəbbüs davam etdirilib. İdarə rəisi Fərid Qurbanzadə, idarənin Saatlı rayonu üzrə nümayəndəsi İlkin Zeynalov və komitə sədri Sakit Bağırov Saatlı rayonundan şəhid Elmir İbrahimovun ailəsinə və təqaüddə olan, uzun müddət Saatlı Rayon Mərkəzi Kitabxanasında çalışan Şirin Mərdanovaya baş çəkiblər. Hər iki ailəyə mədəniyyət işçiləri adından bayram təbrikləri çatdırılıb, sovqat verilib.