CƏMİYYƏT
Sabunçu rayonunda xuliqanlıq zəminində qardaşının həyətinə qumbara atan şəxslə bağlı cinayət işi başlanılıb
![Sabunçu rayonunda xuliqanlıq zəminində qardaşının həyətinə qumbara atan şəxslə bağlı cinayət işi başlanılıb](/files/2022/2/1200x630/1657351436333906043_1200x630.jpg)
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.İsakov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.