İQTİSADİYYAT
Sahibkarlara 211,9 milyon manat güzəştli kreditlər verilmişdir
Bakı, 18 avqust (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Goranboy rayonunun Qızılhacılı qəsəbəsində keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Goranboy və ətraf rayonlarda fəaliyyət göstərən 120-yə yaxın sahibkar iştirak etmişdir.
Əvvəlcə rayonun Qızılhacılı qəsəbəsində və Ballıqaya kəndində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilmişdir.
Goranboy rayonunda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verilmişdir.
Sonda Goranboy rayonu və ətraf rayonlarda fəaliyyət göstərən 48 sahibkar 2,9 milyon manat güzəştli kredit almışdır. Bu kreditlər əsasən, heyvandarlıq, pambıqçılıq, çörək istehsalı, quşçuluq, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına 120-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.