İQTİSADİYYAT
Salyan EŞ Müəssisəsində istismarın səviyyəsi yaxşılaşdırılır
Bakı, 25 yanvar (AZƏRTAC). “Salyan” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində keçirilmiş reydlər zamanı 840-dan çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Qayda pozuntuları müvafiq formada aktlaşdırılmış və 4 milyon kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa olunmuşdur.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, şəbəkə üzrə istismarın səviyyəsinin daha da yaxşılaşdırılması məsələsinə də diqqət artırılmaqdadır. Son dövrlər ərzində müəssisənin balansına aid olan elektrik verilişi xətlərində və transformator məntəqələrində ərazi üzrə yeni 0,4 kilovoltluq (kV) hava xətti çəkilmiş, 10, 6 və 0,4 kV-lik xətlərin 9 kilometrdən artıq hissəsində, transformator məntəqələrinin 116-da təmir işləri aparılmışdır.