ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı
Bakı, 11 noyabr, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Seminarda rəsədxananın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynur Abdulkərimova “Kainatın ölçüləri və Kalabi fəzası” mövzusunda məruzə ilə çıxış edib. O, Sim nəzəriyyəsinin (String theory) Kalabi fəzası ilə təsviri və Kainatın görünən ölçüləri ilə elektronun klassik radiusu arasındakı əlaqə haqqında məlumat verib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.