Səhiyyə naziri Teymur Musayev Naxçıvanda səfərdədir





Naxçıvan, 22 may, AZƏRTAC
Mayın 22-də Azərbaycanın səhiyyə naziri Teymur Musayev Naxçıvan Muxtar Respublikasına səfər edib
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, nazir əvvəlcə Ümummilli Liderimizin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
Qeyd edək ki, səhiyyə nazirinin səfər çərçivəsində "Təcili Tibbi Yardım Mərkəzi”, "Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsləri və Uşaq Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinin fəaliyyətləri ilə tanışlığı nəzərdə tutulur. Eyni zamanda, o, bu gün "Naxçıvan Muxtar Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda keçiriləcək tədbirdə iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2025 [13:22]
Daha 138 nəfər Xocalı sakini doğma yurda qovuşub
- 28.04.2025 [11:41]
Neftçala rəssamlıq məktəbinə həsr olunan seminar keçirilib
- 27.04.2025 [20:02]
“Go Camp” Piknik layihəsi könüllüləri yenidən bir araya gətirib
- 27.04.2025 [15:47]
Mərkəzi Aran bölgəsinin uşaq və gəncləri Mingəçevirdə bir araya gəliblər
- 27.04.2025 [12:35]
Gəncədə tibbi aksiya: “Erkən Müayinə – Can Qurtarır!”
- 27.04.2025 [11:58]
Babək və Şahbuz rayonlarında xeyli sayda hərbi sursatlar aşkar olunub VİDEO
- 26.04.2025 [20:34]