Culfa rayonunda sursat aşkarlanıb VİDEO

Bakı, 22 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Darıdağ massivində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd 76 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.07.2025 [18:38]
Sosial xidmət sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
- 09.07.2025 [18:25]
DMA-nın həmtəşkilatçılığı ilə Malayziyada beynəlxalq tədbir keçirilib
- 09.07.2025 [18:14]
NİİM moped, motosiklet və skuter sürücülərinə müraciət edib
- 09.07.2025 [17:46]
Vətəndaşlar Qarabağda beş gün qala biləcəklər VİDEO
- 09.07.2025 [17:39]
"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başlayıb
- 09.07.2025 [17:25]