REGİONLAR
Şamaxıda Vətən müharibəsi şəhidlərinin xatirə kompleksinin açılışı olub
![](/files/galleryphoto/2022/2/1200x630/1657296390536165322_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16572963902394642100_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1657296391316298697_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16572963914215938761_1200x630.jpg)
Şamaxı, 8 iyul, AZƏRTAC
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Şamaxıdan olan Zahir Manafovun və Tərlan Amanalıyevin xatirə kompleksi açılıb. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, YAP rayon təşkilatının sədri Tural Qasımlı, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xatirə kompleksi Şəhriyar qəsəbəsinin girişində tikilib. Açılış mərasimində çıxış edən icra başçısı Tahir Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışıb, bu Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb, Zahir və Tərlan kimi şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Tamam Cəfərova çıxışında Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən danışıb.
Xatirə kompleksinin açılış mərasimindən sonra Şamaxı Cümə məscidində şəhid Zahir Manafovun və Tərlan Amanalıyevin xatirəsi ehtiramla anılıb, onların ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.