İQTİSADİYYAT
Şamaxının 7 min nəfərdən çox əhalisi olan Göylər kəndinə təbii qaz verilmişdir
Şamaxı, 20 sentyabr (AZƏRTAC). Şamaxı rayonunun ən iri yaşayış məntəqələrindən olan Göylər kəndinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, 7000 nəfərdən çox əhalisi olan kəndə uzun fasilədən sonra təbii qaz verilməsi bərpa edilmişdir.
Mavi yanacaq kəndə 23 kilometr məsafədən 311 millimetrlik plastik borularla gətirilmişdir. Kənddaxili 77 min metr müxtəlif ölçülü metal borulardan istifadə olunmuş, 1647 abonentin hamısı üçün sayğac quraşdırılmışdır.
Mərasimdə rayon rəhbərləri, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi çıxış edərək respublikamızda, eləcə də Şamaxıda yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində görülən işlərdən danışmışlar.
Ağsaqqallar, ziyalılar kəndə təbii qazın verilməsində əməyi olanlara təşəkkürlərini bildirmişlər.