İQTİSADİYYAT
Saxlama müddəti ötmüş 900 kiloqram ərzaq məhsulu satışdan çıxarılmışdır
Bakı, 28 yanvar (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nizami rayonunda “Emil market”də, “Murad market”də, Nailə Cəfərovaya, Samir Zeynalova, Qalib Şiralıyevə, Yuri Stepanoviçə, Rəşid Hüseynova məxsus mağazalarda, Yasamal rayonunda “Rəşad market”də, Səbail rayonunda İlqar Əliyevə, Əhməd Rzayevə, Vüqar Məmmədova, Heybət Həsənova, Bəkir Qasımova məxsus mağazalarda, “Biskvit market”də, “Ləziz market”də, Nəsimi rayonunda “Beyo market”də, Nərimanov rayonunda Nadir Ağalarbəyliyə, Fədail Həsənova məxsus mağazalarda, Xətai rayonunda “Makro market”də, “Ramstore” mağazasında, “Yağmur market”də, Suraxanı rayonunda Elman Abbasova, Lənkəranda Fuad Məmmədova, Xaçmazda Mübariz Əhmədova, Xudatda Şəfiqə Quliyevaya məxsus mağazalarda, Mingəçevirdə “Pərvin market”də, Şəkidə “Murad” mağazasında “Neolit” mağazasında, Ucarda Ceyhun Rəsulova məxsus mağazada ümumi çəkisi 900 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.