DÜNYA
“Saxo Bank”ın xalis mənfəəti 45 faiz artıb
Bakı, 6 sentyabr, AZƏRTAC
"Saxo Bank"ın yarım ildə xalis mənfəəti 2016-cı ilin analoji dövrü ilə müqayisədə 45 faiz artaraq 229 milyon Danimarka kronu (36,6 milyon ABŞ dolları) təşkil edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştəriləri depozitlərinin təminatı rekord həddə - 98,3 milyon krona (15,7 milyon dollar) çatıb və aşağı volatilliyə baxmayaraq bankın əməliyyat gəlirləri 1,56 milyard kron (250 milyon dollar) təşkil edib. Ötən il bu göstərici 1,46 milyard krona (234 milyon dollar) bərabər olub.
"Saxo Group"un birinci dərəcəli əsas kapitalı, birinci dərəcəli kapitalın əmsalı və bankın kapitalının ümumi əmsalı müvafiq olaraq 15,7 faiz, 17,8 faiz və 20 faiz təşkil edib. Bu müddətdə əməliyyat gəlirləri 1557,6 milyon kron - 249,3 milyard dollar (1 459,1 milyard kron - 233,6 milyard dollar), EBITDA (mənfəət) 495,9 milyon kron - 79,4 milyon dollar (429,1 milyon kron - 68,9 milyon dollar), korrektə edilmiş EBITDA 550,4 milyon kron - 88,1 milyon dollar (489,6 milyon kron - 78,4 milyon dollar), vergiqoymadan öncəki mənfəət 312,2 milyon kron - 50 milyon dollar (216,3 milyon kron - 34,6 milyon dollar), xalis mənfəət 229,5 milyon kron - 36,7 milyon dollar (158,2 milyon kron - 25,3 milyon dollar), müştəri depozitlərinin təminatı 98,298 milyard kron - 15,7 milyard dollar (82,032 milyard kron - 13,1 milyard dollar), şəxsi kapital 4 469,9 milyard kron - 715,5 milyard dollar (4 077,8 milyard kron - 652,7 milyard dollar), kapitalın ümumi əmsalı 20 faiz (2016-cı ilin sonuna - 19,5 faiz) təşkil edib.
"Zhejiang Geely Holding Group"un ("Geely Group") törəmə şirkəti olan "Geely International Hong Kong" "Saxo Bank"a 30 faiz səhmlərin satın alınmasını təklif edib. Tranzaksiya 2017-ci ilin dördüncü rübündə başa çatacaq.