Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səbail rayonunda ilin ötən doqquz ayının sosial-iqtisadi yekunları müzakirə olunmuşdur

Səbail rayonunda ilin ötən doqquz ayının sosial-iqtisadi yekunları müzakirə olunmuşdur

Bakı, 17 oktyabr (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda sənaye, təhsil və səhiyyə müəssisələrinin, təsərrüfat və xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyələrin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. İclas iştirakçıları dövlətimizin başçısı İlham Əliyevi növbəti prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik etmiş, xalqımızın rifahı və ölkəmizin gələcək inkişafı naminə ali dövlətçilik fəaliyyətində yeni uğurlar arzulamışlar.

İclası giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, ölkədə 9 ay ərzində iqtisadiyyat 5 faiz, qeyri-neft sektoru 10,4 faiz, kənd təsərrüfatı 5 faiz, əhalinin pul gəlirləri təxminən 7,6 faiz artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 49,4 milyard dollar təşkil edir ki, bu da Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.

Səbail rayonunda görülən işlərdən və əldə olunan nəticələrdən danışan A.Əsgərov bildirmişdir ki, 2013-cü ilin doqquz ayı ərzində 17.566,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat müəssisələri tərəfindən 408,9 milyon manatlıq və ya keçən illə müqayisədə 1,6 faiz çox, rabitə müəssisələri tərəfindən 471,2 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz çox rabitə xidmətləri göstərilmişdir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 1.263,4 milyon manat investisiya qoyulmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,4 faiz çoxdur. Tikinti-quraşdırma işlərinə 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çox, 1.104,1 milyon manat investisiya yönəldilmişdir.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 183,3 milyon manat məbləğində istehlak malları satılmış, 219,3 milyon manatlıq pullu xidmət, 61,2 milyon manatlıq iaşə xidmətləri göstərilmişdir. Rayon ərazisində çalışan işçilərin sayı 113398 nəfər, orta aylıq əmək haqqının məbləği 999,1 manat olmuş, 1585 daimi iş yeri açılmışdır. Ümumiyyətlə, 2009-cu ilin yanvarından 2013-cü il oktyabr ayının 1-dək rayonda açılmış daimi iş yerlərinin sayı 10 mindən çoxdur.

A.Əsgərov “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlər barədə də ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, ilin ötən 9 ayı ərzində Dövlət Musiqili Komediya Teatrının, 3 saylı Vərəm Əleyhinə Dispanserin, C.Hacıyev adına Uşaq Musiqi məktəbinin, Bibiheybət qəsəbəsindəki mədəniyyət evi və qəsəbə kitabxanasının, iki poliklinikanın, 44 saylı uşaq bağçasının binaları, Dağüstü parkın bir hissəsi əsaslı təmir olunmuş və yenidən qurulmuşdur. Hökumət evinin qarşısındakı ərazidə yeraltı qaraj istifadəyə verilmiş, 20-ci yaşayış sahəsində 35 kilovoltluq iki yeni yarımstansiya şəbəkəyə qoşulmuşdur. Bibiheybət qəsəbəsində post məntəqəsi açılmış, 70 saylı uşaq bağçası üçün iki mərtəbəli əlavə korpus tikilmişdir. Heydər Əliyev Fondu tərəfindən Badamdar qəsəbəsindəki 136 saylı uşaq bağçası əsaslı təmir edilmişdir.

Hazırda rayon ərazisində yerləşən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, Badamdar qəsəbəsində Oksford məktəbi üçün yeni tədris korpusunun, Qurban Abbasov küçəsində yeni iş mərkəzinin tikintisi, veloparkın yaradılması, binaların fasadlarının üzlənməsi, Dənizkənarı Milli parkın Bayraq Meydanı istiqamətində genişləndirilməsi, “Qız qalası”nda bərpa və konservasiya işləri davam etdirilir. Həmçinin Badamdar şossesi boyunca ərazi abadlaşdırılır, bir sıra binaların və tikililərin fasadları təmir olunur və ya yenidən qurulur.

İcra hakimiyyətinin başçısı sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən də söhbət açmışdır. Belə ki, hesabat dövründə 422 ailəyə ünvanlı sosial yardım təyin olunmuş, 750 işaxtaran vətəndaş daimi işlə təmin edilmişdir. Əhalinin imkansız təbəqəsinə vaxtaşırı yardım göstərilmiş, xeyriyyə aksiyaları keçirilmişdir.

İclasda Milli Məclisin deputatı Fuad Muradov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov və başqaları çıxış etmişlər. İlin ötən 9 ayında görülmüş işlərə nəzər salınmış, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur.

Sonda “Attila” İdman Klubunun dünya və Avropa çempionatlarında qalib gəlmiş və mükafata layiq yerlər tutmuş bir qrup üzvünə və onların məşqçilərinə mükafatlar təqdim edilmişdir.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib

® ABB-dən “Bolt” sürücülərinə özəl “Visa” kartı!

Türkiyə FATF-ın “boz siyahı”sından çıxarılıb

Milli Məclisə növbədənkənar seçkilərin vaxtı açıqlandı - SƏRƏNCAM

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şəhid Əhliman Əsgərovun nəşinin qalıqları Şəmkirdə torpağa tapşırılıb

Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru

Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Xəzərin Azərbaycana mənsub sularında qaçaqmal aşkarlanaraq götürülüb

Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb

Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib

Buraxılış imtahanlarında ən yüksək nəticə əldə edən şagird yeni tədris ilində ADA Məktəbində təhsil alacaq

Yan Vanmin: Azərbaycan Çinin önəmli tərəfdaşıdır VİDEO

Özbəkistan quş əti ixracına məhdudiyyətləri ləğv edir

Türkiyənin may ayı üçün ticarət rəqəmləri açıqlanıb

Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Panama kanalında suyun səviyyəsi azalır

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

Bakıda “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” mövzusunda tədbir təşkil olunub

"Asiya uşaqları" Oyunları: Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar

İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb

Britaniya alimləri: ChatGPT botunun imtahan nəticələri tələbələrdən daha yüksəkdir

Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb VİDEO

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçaları və daşlardan təmizlənir

Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır

Laçında yeni film çəkiləcək

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Elmar Qasımov IELTS-də yüksək nəticə əldə edən tələbələrlə görüşüb

Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ekologiyası haqqında biblioqrafik göstərici nəşr edilib

Azərbaycan güləşçilərinin Olimpiada hazırlığı: Hədəf yüksək nəticələr qazanmaqdır

Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Pedaqoji Universitetdə kadr potensialı gəncləşdirilir - statistika

Sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi - vebinar

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Həkim-pediatr: Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq abunəçiyə SMS göndərilib

Everest dağında qar və buzların əriməsi nəticəsində qorxunc mənzərə üzə çıxıb

Gələn il Bakıda investisiya forumu keçiriləcək

KIV: Polşa ordusu icazəli silahı olan vətəndaşları əməkdaşlığa cəlb edir

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı olub

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Paytaxtın Bakıxanov qəsəbəsində yanğın təhlükəsi olan hamam və kafenin fəaliyyəti dayandırılıb

Külli miqdarda narkotik vasitənin Xəzər dənizi vasitəsilə ölkəmizə keçirilməsinin qarşısı alınıb

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 31 qanun və qərar qəbul edilib

Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır

Samoanın səfiri: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqət təqdirəlayiqdir

Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Viktor Orban Ursula Fon der Lyayenin əleyhinə səs verib

TƏBİB-də “Açıq qapı” günü keçirilib

32 ildir itkin düşmüş sayılan şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırılıb

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı Qanuna dəyişiklik edilir

Monqolustanda parlament seçkiləri keçirilir

Çin lideri Qlobal Cənub Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Huqo Qevara: İngilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim yararlanıb

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər təsdiqlənib

Fermer Qadınların Respublika Platforması yaradılacaq

“Laçın Könüllüləri” qrupuna qeydiyyat başlayıb

Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib

TƏBİB-in “815” saylı Çağrı mərkəzinə bir gündə 700-800 müraciət daxil olur

“Neftçi” daha bir futbolçu ilə vidalaşıb

Lənkəranda texniki təhlükəsizlik mövzusunda müşavirə keçirilib

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılacaq

Şuşada gənclərin turizm peşə hazırlığı mərkəzi açılacaq

"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

Yan Vanmin: Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri zənginləşərək strateji səviyyəyə yüksəlib

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib

“Baku ID” innovasiya festivalının ikinci gününə start verilib VİDEO

Süd və süd məhsullarının ölkəyə idxalı qaydaları ilə bağlı videoçarx hazırlanıb

“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb

Fukuşima AES-in suyunun okeana axıdılmasının 7-ci mərhələsi başlayıb

FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir

Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib YENİLƏNİB VİDEO

“Qarabağ” akademiyasının koordinatoru: Azərbaycanda Avropa səviyyəsinə qalxa biləcək futbolçular var - MÜSAHİBƏ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Rəsulzadə

Göyçay çayına gələn sel Cəyirli kəndində əkin sahələrini yarasız hala salıb VİDEO

Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Nazir müavini: Könüllülük fəaliyyətləri ölkəmizdə gedən proseslərin güzgüsüdür

FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub

Azərbaycan Yaponiya ilə icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi edib

Peru sahillərində 7,2 bal gücündə zəlzələ baş verib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üzrə müsahibənin nəticələri açıqlanıb

Həkim: Çimərlik üçün ən optimal vaxt saat 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır

DİM: 2500-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə test imtahanı verəcək

“Neftçi” klubu qapıçısı ilə yollarını ayırıb

İranın Ali Rəhbəri növbədənkənar prezident seçkilərində səs verib

FHN: Hacıqabulun subasmaya məruz qalan ərazilərində təxirəsalınmaz tədbirlər görülür VİDEO

BANM rektoru əcnəbi tələbələrlə görüşüb

BMT-nin Baş katibi: Bakıda keçiriləcək COP29-da qətiyyətli addımlar atılmalıdır, əks halda, dünya uçuruma yuvarlanacaq

May ayında sosial müavinət və təqaüd alanlar 850 minə yaxın olub