Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflərə münasibət bildirib

Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflərə münasibət bildirib

Bakı, 24 iyun, AZƏRTAC

Peyvəndlə bağlı müxtəlif miflərin mövcudluğu yeni bir hadisə deyil. Ancaq bu hal koronavirus infeksiyası dövründə geniş miqyas alıb. Məlum məsələdir ki, bu vəziyyət xəstəliyin qısa zaman ərzində geniş yayılması səbəbindən baş verdi. Təəssüf ki, cəmiyyətin bir hissəsi bu cür qeyri-adi vəziyyətlərə cavab axtararkən, bəzi insanlar müxtəlif nəzəriyyələri, şayiələri həqiqət kimi qəbul edirlər.

Azərbaycan Tibb Universitetinin professoru, Milli İmmunlaşdırma Ekspert Məsləhət Komissiyasının sədri Hüseyn Qabulov COVID-19-a qarşı peyvəndləmə ilə bağlı yayılmış miflərə münasibətini bildirib. AZƏRTAC həmin müsahibəni təqdim edir:

- Ən çox rast gəlinən mif odur ki, COVID-19-a qarşı peyvəndlər qısa müddətdə istehsal olunduğu üçün təhlükəlidir. Sizin buna münasibətiniz necədir?

- Bu fikir doğru deyil. COVID-19-a qarşı peyvəndlərin nisbətən qısa müddətdə hazırlanmasına baxmayaraq, onların istehsalı beynəlxalq elmi əməkdaşlıq, nəhəng maliyyə və insan resurslarının nəticəsidir. Bu cür peyvəndlərin istehsal texnologiyası on illərdir mövcuddur. Eyni zamanda, COVID-19-a qarşı peyvəndlərin istehsalında, ümumi qəbul edilmiş qaydalara, standartlara və etik meyarlara uyğun olaraq, on minlərlə könüllü də daxil olmaqla, bütün lazımi laboratoriya və klinik sınaqlar aparıldı. Ümumbəşəriyyət üçün gözlənilən təhlükə qarşısında peyvəndlər aidiyyəti orqanlar tərəfindən sürətlə təsdiqləndi.

- Bəzi insanlar peyvəndin COVID-19-dan qorumadığını düşünürlər. Bu fikrə münasibətinizi öyrənmək istərdik.

- Məlum məsələdir ki, 100 faiz təsirli peyvənd yaratmaq, demək olar ki, mümkün deyil. Bunun səbəbi virusların yeni mutasiyalarının üzə çıxması və hər bir orqanizmin fərdi keyfiyyətlərə malik olmasıdır.

Peyvəndlərin təsir mexanizminə gəldikdə, vaksinlər həm infeksiyanın inkişafının qarşısını almaq, həm də xəstəliyin şiddətini azaltmaq üçün çox vacibdir. Yəni, peyvəndlənmiş şəxs də xəstəliyə yoluxa bilər, lakin xəstəliyi çox yüngül keçirəcəkdir. Məsələn, bir peyvəndin 90 faiz təsirli olduğu təsdiq edilirsə, bu, peyvəndlənmiş insanın peyvənd edilməmiş insana nisbətən xəstəliyin simptomlarına 90 faiz daha az məruz qalacağı deməkdir.

- Bəzən COVID-19-a qarşı vaksinin insanın DNT-sini dəyişdirə biləcəyini eşidirik. Bu haqda nə deyə bilərsiniz?

- Bu, məlumat RNT-si (mRNT) olan peyvəndlər haqqında deyilir. Bu elm sahəsində çalışan mütəxəssislər peyvəndlərdən alınan RNT-nin fiziki olaraq DNT-nin (deoksiribonuklein turşusu) olduğu hüceyrə nüvəsinə nüfuz edə bilmədiyini bilirlər. DNT genlərimizi və irsi materiallarımızı daşıyır. RNT-peyvəndlər hüceyrənin sitoplazmasına daxil olur, amma DNT-yə daxil olmur. Başqa sözlə desək, vaksinasiya zamanı DNT-hüceyrələrin hər hansı bir təhlükə ilə qarşılaşması mümkün deyil.

- COVID-19 peyvəndinin sonsuzluğa səbəb olduğuna dair fikirlər də var. Bu iddialara yanaşmanız necədir?

- Bu ifadə əsassızdır. Hazırda koronavirus peyvəndi alan qadınların müvəffəqiyyətlə hamilə qaldıqlarına dair çox nümunə var. Həmçinin hamilə qalmağı planlaşdıran qadın könüllülər arasında da tədqiqat işləri aparılıb. Bu tədqiqatlar da öz növbəsində COVID-19 peyvəndinin qadınların reproduktiv sağlamlığına mənfi təsiri barədə iddiaların yalan olduğunu təsdiqlədi.

- Həqiqətən insanların bu mövzuda düşüncələri həddindən artıq çoxdur. Hətta hamiləlik dövründə peyvəndlənən qadınların hamiləliyinin sonlanmasına gətirib çıxardığını iddia edirlər.

- Dünya təcrübəsinə baxsaq, bir çox qadın hamiləlik dövründə peyvənd olunub və sağlam körpələr dünyaya gətirib. Bunlara klinik sınaqlara qatılan və vaksinasiyadan sonra hamilə qalan qadınlar, həmçinin hamiləlik dövründə peyvənd olunmuş qadınlar daxildir.

- Tez-tez rast gəlinən sual: COVID-19 xəstəliyini keçirən insan vaksin oluna bilərmi?

- Əlbəttə, elə xəstəliklər var ki, onlardan sonra kifayət qədər uzunmüddətli və ya ömürlük immunitet yaranır və bu infeksiyaya məruz qalan insan artıq xəstələnmir.

Lakin praktikada immuniteti uzun müddət davam edə bilməyəcək bir çox xəstəliklər var. Birincisi, xəstəliyin törədicisi mutasiya edə bilər (quruluşunu və ya xüsusiyyətlərini dəyişdirir) və insanın immun sistemi onu tanıya bilmir. İkincisi, müəyyən bir mikroorqanizm haqqında bir orqanizmin immunoloji "yaddaşı" qısa müddətli ola bilər.

Koronavirusa gəldikdə isə onun qeyri-adi bir patogen olduğu ortaya çıxdı. Qısa müddət ərzində bu virus dəfələrlə mutasiya etdi. Bundan əlavə, bu infeksiyaya yoluxmuş bir çox insan sağaldıqdan sonra bədəndə koronavirusa qarşı anticisimlərin tədricən azaldığının və ümumiyyətlə tamamilə yox olduğunun şahidi olduq. Bir nüansı nəzərə almaq lazımdır ki, bir virusa yoluxma yalnız müəyyən bir patogenə qarşı immuniteti təmin edərkən, bir peyvənd müxtəlif növ dəyişdirilmiş viruslardan yoluxma riskini azalda bilər.

- COVID-19 peyvəndinin ciddi yan təsirləri varmı?

- Vaksin olunmuş vətəndaşlarda inyeksiya yerində ağrı, başağrısı, üşütmə, yorğunluq, yuxululuq, əzələ ağrısı, bədən hərarətin qalxması halları müşahidə oluna bilir və belə halların baş verməsi bütün peyvəndlər üçün keçərlidir. Bir qayda olaraq, bu reaksiyalar qısamüddətli olur. Hazırda ciddi yan təsirlə bağlı hər hansı hal müşahidə edilməyib.

- Nə üçün bəzi yoluxucu xəstəliklərə qarşı təkrar peyvəndləmə lazımdır?

- Etibarlı immun cavabı formalaşdırmaq üçün təkrar peyvəndləmə vacibdir. Nümunə olaraq, uşaqların poliomielit, hepatit B, difteriya, göy öskürək və s. xəstəliklər əleyhinə təkrar peyvəndləməni göstərə bilərik. Mütəxəssislər bunu yaxşı bilirlər. Hər bir spesifik infeksiyaya qarşı immunitetin formalaşması və qorunması üçün zəruri olan vaksinasiyaların və revaksinasiyaların tezliyi çoxsaylı elmi və klinik tədqiqatlarla müəyyən edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib  YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb VİDEO

BANM-in tələbəsi eyni vaxtda ABŞ-ın 6 nüfuzlu universitetinə qəbul olub

ASAPES türk dövlətləri üçün təqaüd proqramı elan edib

Ziyanvericilərin törətdikləri xəstəliklər səbəbindən qurumuş ağaclar götürülür

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib VİDEO

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb VİDEO

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub