REGİONLAR
Şəki rayonunda doqquz ayda 1593 uşaq dünyaya gəlib
![Şəki rayonunda doqquz ayda 1593 uşaq dünyaya gəlib](/files/2022/3/1200x630/16667043056115757574_1200x630.jpg)
Şəki, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında Şəki rayonunda əhalinin sayı ilkin hesablamalara görə, 655 nəfər artaraq 190 min 405 nəfərə çatıb. Onlardan 68 min 467 nəfəri Turan və Çələbixan qəsəbələri ilə birlikdə şəhər, 121 min 938 nəfəri isə kənd əhalisidir. Əhalinin 36 faizi şəhər, 64 faizi isə kənd yerlərində məskunlaşıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsinin rəisi Qəşəm Kərimov məlumat verib.
İdarə rəisi bildirib ki, cari ilin yanvar-sentyabr aylarında Şəki rayonunda 1593 uşaq dünyaya gəlib. Onların 461 nəfəri şəhər, 1132 nəfəri isə kənd əhalisinin payına düşür. Doqquz ayda rayonda 938 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə doğum 42 nəfər artıb, ölüm halları isə 223 nəfər azalıb.
Həmin müddətdə rayon Qeydiyyat şöbəsi tərəfindən Şəkidə 812 nikah və 185 boşanma halı rəsmiləşdirilib.
2022-ci ilin yanvar-sentyabr aylarında Şəkidə əhalinin təbii artımı 655 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 265 nəfər çoxdur.