Şəki teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək
Şəki, 11 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə məktəblilər və kiçikyaşlı uşaqlar üçün “İnəkgül və Şimşəkgülün Yeni il macərası” adlı nağıl-tamaşa hazırlanır. Məqsəd tətil günlərində uşaqlara yüksək bayram əhvali-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Fərahim Fətəliyev, Pərviz İsmayılov, İlkin Rüstəmov, Sənubər İsrafilova, Qurban Rəsulov, Nazilə İmamhüseynova, Elvin Mabudov, Nərmin Abbasova, Azad Məmmədov, Nuranə Mirzəliyeva, Gülxar İmamhüseynova, Arzuman Abdullazadə və Yaqub Lətifzadə ifa edirlər.
Tamaşa gün ərzində üç seans olmaqla dekabrın 27, 28, 30-da və gün ərzində 4 seans olmaqla yanvarın 1, 2, 3, 4-də nümayiş olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [20:51]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [18:43]
Naxçıvan şəhərində 7,7 kilometrlik yolun asfaltlanmasına başlanılıb
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]