İQTİSADİYYAT
Seminarda Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti, funksiyaları və qanunvericiliklə bağlı məsələlər müzakirə edilmişdir
Bakı, 7 mart (AZƏRTAC). Bakıda USAID-in "Partners for Financial Stability" proqramı çərçivəsində təşkil edilən və maliyyələşdirilən, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF), Əmanət Sığortaçılarının Beynəlxalq Assosiasiyası (İADİ) və Bank Nəzarəti üzrə Bazel Komitəsinin "Səmərəli əmanətlərin sığortalanması sisteminin əsas prinsipləri"nə uyğunluğunun qiymətləndirilməsi üzrə seminar keçirilmişdir.
ƏSF-dan AZƏRTAC-a bildirmişlər ki, seminarın məqsədi əmanətlərin sığortalanması sisteminin səmərəliliyinin artırılması və əsas prinsiplərə uyğunlaşdırılması ilə bağlı ekspert tövsiyələrinin verilməsindən ibarətdir.
Seminarda ƏSF-nun fəaliyyəti, funksiyaları və qanunvericiliklə bağlı məsələlər müzakirə olunaraq əsas prinsiplərə uyğunluğunun qiymətləndirilməsi həyata keçirilmişdir. Sonda Fondun fəaliyyətinin səmərəliliyinin artırılması və əsas prinsiplərə uyğunlaşdırılması ilə bağlı tövsiyələr verilmişdir.
Seminarda USAİD-in "Partners for Financial Stability" proqramının komissiya rəhbəri Lesli Sulenta, qiymətləndirici ekspertlər Olef Hartenfels, Byörn Kristian Stein, Yan Filip Nolte, ƏSF-nun icraçı direktoru Azad Cavadov və Fondun əməkdaşları iştirak etmişlər.