SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının energetika naziri Pərviz Fəttahın başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də sənaye və energetika naziri Natiq Əliyevlə görüşmüşdür.
İki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi, görüləcək işlər barədə fikir mübadiləsinin aparılması üçün yaxşı imkan yarandığını bildirən Natiq Əliyev demişdir ki, Azərbaycan və İran İslam Respublikası qardaş və qonşu ölkə kimi tarix boyu dostluq şəraitində yaşamışlar. İran ölkəmizin müstəqilliyini bərpa edəndən sonra onu tanıyan ilk ölkələrdəndir.
Natiq Əliyev çətin vaxtlarda İranın respublikamıza yardım əli uzatdığını, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi və təbii qazla təminatına kömək etdiyini minnətdarlıqla xatırlatmışdır. O, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin gündən-günə genişləndiyini, elektrik enerjisi və təbii qaz mübadiləsi sahəsində faydalı əməkdaşlığın davam etdiyini, İranın müvafiq neft şirkətinin “Şahdəniz” layihəsində fəal iştirakını vurğulamışdır. Nazir ötən il dövlət başçılarımızın Tehran görüşü zamanı Azərbaycan, İran və Rusiya arasında enerji mübadiləsinin qaydaya salınması barədə göstəriş verildiyini diqqətə çatdırmış, ötən müddət ərzində bununla əlaqədar müəyyən işlər görüldüyünü, ümumiyyətlə, səmərəli əməkdaşlıq üçün böyük potensialın olduğunu söyləmişdir.
Pərviz Fəttah səmimi qəbul və xoş sözlər üçün minnətdarlığını bildirmiş, həmkarını onun üçün əlverişli vaxtda ölkəsinə dəvət etmişdir. İki ölkə arasında münasibətlərin vəziyyətindən məmnunluğunu ifadə edən qonaq əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inandığını vurğulamışdır.
Nazirlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmiş, geniş fikir mübadiləsi aparmışlar.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]