İDMAN
Sərhədçilər Heydər Əliyev və İlham Əliyev zirvələrinə qalxırlar
Quba, 18 iyul (AZƏRTAC, Elxan Yusifli). İyulun 18-də Sərhəd Qoşunlarının yaranmasının 95-ci ildönümü münasibətilə Heydər Əliyev və İlham Əliyev zirvələrinə yürüş təşkil edildi.
AZƏRTAC xəbər verir ki, hazırda Sərhəd Qoşunlarının xüsusi təyinatlı zabitlərindən ibarət bir qrup Xınalıq kəndindən başlayaraq, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinədək piyada qalxır.
Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulacaq və dövlət himni səsləndiriləcək. Digər bir qrup isə eyni vaxtda dəniz səviyyəsindən 4042 metr yüksəklikdə yerləşən İlham Əliyev zirvəsinə qalxmağa başlayıb.
Səhər saat 6-da start verilən yürüşdə sərhədçilərlə bərabər, bəzi kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirlər.