DÜNYA
Səudiyyə Ərəbistanı Asiya ölkələrinə neft satışı qiymətini artırıb
![Səudiyyə Ərəbistanı Asiya ölkələrinə neft satışı qiymətini artırıb](/files/2022/1/1200x630/16440562094720113029_1200x630.jpg)
Bakı, 5 fevral, AZƏRTAC
Neft hasilatı və ehtiyatı üzrə dünyanın ən iri kompaniyası, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Asiya bazarındakı müştərilər üçün bütün neft markaları üzrə mart fyuçerslərinin qiymətini artırıb.
AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, “Saudi Aramco” Asiya ölkələri üçün “Arab Light” markalı neftin qiymətini fevral ayı ilə müqayisədə 60 sent qaldırıb. Beləliklə, həmin neftin barrelinin qiymət artımı 2,8 dollar təşkil edib ki, bu da 2020-ci ilin martından bəri ən yüksək göstəricidir.
Kompaniya, həmçinin Asiyadakı müştərilər üçün digər neft markalarının qiymətlərini də bahalaşdırıb - bareli 0,4-0,7 dollar. Səudiyyə Ərəbistanı hər ayın əvvəlində istehlakçıların müraciətləri əsasında çatdırılma cədvəli hazırlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [20:01]
Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar
- 03.07.2024 [19:03]
Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır
- 03.07.2024 [18:44]