CƏMİYYƏT
Silahlı Qüvvələrin Baş Qərargahı üçün inşa edilən yeni inzibati binanın təməli qoyulub
Bakı, 26 iyul (AZƏRTAC). İyulun 26-da Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa edilən yeni və müasir tipli inzibati binanın təməlqoyma mərasimi keçirilib.
Mərasimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti iştirak edib.
Müdafiə naziri tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq son illər ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsini, hərbi qulluqçular üçün paytaxt Bakıda və ölkənin digər bölgələrində müasir xidməti mənzillərin, hərbi hissələrdə yeni əsgər kazarmalarının və digər məişət obyektlərinin tikilərək istifadəyə verilməsini xüsusi vurğulayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov Baş Qərargahın yeni inzibati binasının qısa müddətdə və keyfiyyətlə tikilməsi üçün tövsiyələrini verib.
Sonra binanın təməli qoyulub.