Sinqapura məxsus təyyarə partlayış təhlükəsi barədə xəbərdarlığa görə geri qayıdıb
Tokio, 5 aprel, AZƏRTAC
Sinqapurun “Scoot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Tailandın Xat Yay aeroportuna uçarkən göyərtədə partlayış barədə xəbərdarlıqdan sonra geri qayıdıb.
Bu barədə Sinqapur Polis İdarəsi məlumat yayıb.
Məlumatda deyilir: “Biz TR634 nömrəli reysi həyata keçirən heyətin göyərtədəki sərnişinlərdən birindən bomba təhlükəsi barədə xəbərdarlıq aldığını təsdiq edirik. Bundan sonra geri qayıdan təyyarə “Çanqi” aeroportunda təhlükəsiz şəkildə yerə enib. Hazırda polis təyyarədə yoxlama aparır. Hadisə barədə ətraflı məlumat veriləcək”.
“The Straits Times” qəzeti yazır ki, təyyarə geri dönərkən onu hərbi hava qüvvələrinin iki qırıcısı müşayiət edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [23:23]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]