Şinzo Abe Donald Trampla Şimali Koreya problemini müzakirə edəcək
Tokio, 2 aprel, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe aprelin 17-dən 20-dək ABŞ-a səfər edərək, Prezident Donald Trampla danışıqlar aparacaq.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Ş.Abe hakim Liberal Demokratik Partiya ilə Nazirlər Kabineti arasında birgə fəaliyyət komissiyasının iclası zamanı məlumat verib.
Məlumatda qeyd edilir ki, görüş zamanı Ş.Abe şəxsən D.Trampdan ABŞ və Şimali Koreya liderlərinin sammiti zamanı oğurlanmış yapon vətəndaşları məsələsini qaldırmasını xahiş edəcək.
Yaponiyanın Baş nazirinin qarşıdakı səfərini şərh edən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, tərəflər Şimali Koreyanın nüvə və raket proqramları məsələsini də müzakirə edəcəklər. Bununla yanaşı, martın sonlarında ABŞ-ın polad və alüminium idxalına rüsumların artırması ilə əlaqədar iki ölkə arasında azad ticarət məsələsi də müzakirə olunacaq.
Xatırladaq ki, Ş.Abenin ABŞ-a səfəri barədə razılaşma onun martın sonlarında D.Trampla telefon danışığı zamanı əldə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]