REGİONLAR
Siyəzəndə yeniyetmə şahmatçılar arasında yarışın qalibləri mükafatlandırılıb
Siyəzən, 3 mart, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 10-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat turniri təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi yarışda 42 yeniyetmə şahmatçı mübarizə aparıb.
Turnir şahmatın Siyəzən rayonunda inkişaf etdirilməsi, yeniyetmə şahmatçıların oyun təcrübəsinin artırılması, həmçinin bu idman növü üzrə ən güclülərin müəyyən olunması məqsədi daşıyıb.
İki gün davam edən turnirdə oğlanlar arasında Əli Qurbanlı və Amid Allahverdiyev eyni xal toplayaraq I və II yerləri bölüşüb, Yavər Adayev isə III olub.
Qızlar arasında isə Qızılgül Həsənova, Fidan Zərbəliyeva və Leyla Əsgərova müvafiq olaraq ilk üç yeri tutublar.
Yarışda ilk üç yeri tutan şahmatçılara Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və medallar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:19]
Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib
- 28.06.2024 [17:52]
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb
- 28.06.2024 [17:42]
Sədərək rayonunda taxıl sahəsi yanıb
- 28.06.2024 [17:27]
Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib
- 28.06.2024 [15:49]
Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - YENİLƏNİB VİDEO
- 28.06.2024 [15:33]