Slovakiyada Avropa Parlamentinə seçkilərdə avropayönümlü alyans qalib gəlib
Bratislava, 27 may, AZƏRTAC
Slovakiya seçiciləri Avropa Parlamentinə seçkilərdə sensasiyaya imza atıblar. Yenicə təsis edilmiş iki siyasi tərəfdaşın qurduğu avropayönümlü alyans seçkilərdə qələbə qazanıb.
AZƏRTAC xəbər verir ki, Proqressiv Slovakiya və BİRLİKDƏ (SPOLU) partiyalarını birləşdirən alyans 20,1 faiz səslə seçkilərdə birinci yerə çıxıb. Proqressiv Slovakiya partiyasının həmtəsisçilərindən biri olan dövlət başçısı Zuzana Çaputovanın prezident seçkilərində qələbəsi və onun avropayönümlü siyasi kursu seçicilərə təsirsiz ötüşməyib.
Sosial-demokratları öz sıralarında birləşdirən hakim SMER Partiyası seçkilərdə 15,7 faiz səs toplayaraq, indiyədək ən zəif göstəricisini əldə edib. Səsvermənin nəticələri seçicilərdə ötən il araşdırmaçı jurnalist Yan Kuçiakın qətlindən sonra böhran vəziyyətinə düşən hakim partiyaya etimad qalmadığını nümayiş etdirib.
Neonasist Marian Kotlebanın rəhbərlik etdiyi Bizim Slovakiya Xalq Partiyası (L´SNS) isə 12,1 faiz toplayaraq 2 mandat əldə edib.
Slovakiyada seçici aktivliyi 23 faiz olub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [21:49]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]