CƏMİYYƏT
Sloveniyada Mehdi Hüseynzadənin xatirəsinə həsr olunmuş yürüş keçirilib
![](/files/galleryphoto/2019/3/1200x630/1572263004604935732_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/1572263004873549767_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722630045560814319_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722630042236842044_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15722630045271837169_1200x630.jpg)
Vyana, 28 oktyabr, AZƏRTAC
Sloveniyanın Nova Qoritsa regionunda Sovet İttifaqı və Sloveniya qəhrəmanı, Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin (Mixaylo, 1918-1944) xatirəsinə həsr olunmuş yürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyi və Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin birgə keçirdikləri “Mixaylonun yolu” adlı tədbir çərçivəsində əfsanəvi qəhrəmanın döyüş yolu keçdiyi Nova Qoritsa regionunda gəzinti və piknik təşkil olunub. İştirakçılar Mixaylonun 1944-cü ilin noyabrında alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olduğu Vitovlye kəndinə, onun abidəsinin və xatirə muzeyinin yerləşdiyi Şempas, eləcə də məzarının olduğu Çepovan qəsəbələrinə yürüş ediblər.
Tədbir çərçivəsində yerli məktəblilər Sloveniyanın azadlığı uğrunda döyüşmüş qəhrəmanların şərəfinə mahnı və şeirlər, musiqi parçaları səsləndiriblər. Həmçinin rejissor Arzu Məhərrəmovun lentə aldığı “Mixaylo şəhərdədir” sənədli filmi nümayiş etdirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana