Ağstafa Gənclər evinə mediatur təşkil edilib
Ağstafa, 4 iyul, AZƏRTAC
Ağstafa şəhərində yerləşən Gənclər evinə mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri burada yaradılan şəraitlə tanış olublar.
Mərkəzdə gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb.
Gənclər evində musiqi, rəsm bölmələri, müxtəlif dərnəklər və xarici dil kursları fəaliyyət göstərir.