CƏMİYYƏT
Soyğunçuluqla məşğul olan dəstə yaxalanmışdır
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 7-si saat 22:45 radələrində üç nəfər naməlum şəxs M.Seyidov küçəsində Xaçmaz rayon sakini Elnur Məmmədovu döyüb 200 manatını almışdır.
Yasamal Rayon Polis İdarəsi 28-ci bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinənlər Nurlan Seyidov, Rövşən Əliyev və Zöhrab İbrahimov yaxalanmışlar.
Nəsimi Rayon Polis İdarəsi 19-cu bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Namiq Axundov aprelin 9-da tutulmuşdur.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.