İDMAN
Su polosu üzrə yarışların beşinci gününə yekun vurulub
![](/files/galleryphoto/2015/2/1200x630/14344760021978549918_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760024020310219_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434476002614854361_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760022181419052_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760021124547299_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760022540062027_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760024978824570_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760021359434670_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760023200022104_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434476002320397325_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434476002328153279_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760024212417929_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760026083648217_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760024473922650_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143447600236467233_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760023721047912_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760022436938944_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143447600261382113_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760021075748284_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344760023623712734_1200x630.jpg)
Bakı, 16 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarında su polosu üzrə yarışların beşinci günü artıq başa çatıb.
AZƏRTAC xəbər verir ki, gün ərzində kişilərin mübarizəsində 13-16-cı yerlər üzrə yarımfinalda Türkiyə Ukrayna komandasına 11:9, Azərbaycan isə Malta yığmasına 8:7 hesabı ilə qalib gəlib.
Kişilərin yarışının təsnifat mərhələsində mübarizə aparan Rusiya Monteneqro yığmasını 11:8, Yunanıstan isə Fransa kollektivini 16:7 hesabı ilə məğlub edib. Bu mərhələdə Almaniya-Slovakiya oyununun nəticəsi almanların xeyrinə başa çatıb - 13:7. Günün sonunda kişilərin mübarizəsində Serbiya Rumıniyanı 8:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Qadınların mübarizəsində “A” qrupunda Yunanıstan İsrail komandasını 19:4, Niderland isə Almaniyanı 16:4 hesabı ilə məğlub edib. Bu qrupun digər oyununda isə Macarıstan yığması 16:4 hesabı ilə Böyük Britaniya komandasının azarkeşlərini məyus edib.
Qadınlar arasında yarışların “B” qrupunda yer alan İtaliya yığması Slovakiya millisinə 18:7 hesabı ilə qalib gəlib. Bu qrupda mübarizə aparan Rusiya böyük xal fərqi ilə Serbiya komandasını məğlub edib - 28:3. “B” qrupunun digər oyununda - İspaniya-Fransa qarşılaşması 20:5 hesabı ilə nəticələnib.