CƏMİYYƏT
Suraxanıda Qurban bayramı geniş qeyd edilmişdir
Bakı, 17 noyabr (AZƏRTAC). Müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban bayramı Suraxanı rayonunda da geniş qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 mindən yuxarı ailəyə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına, şəhid, aztəminatlı ailələrə, ahıl və tənha sakinlərə, rayonda məskunlaşmış məcburi köçkünlərin bir qisminə qurban sovqatı paylanmışdır.
Rayonun qəsəbələrində təşkil olunmuş xeyriyyə tədbirlərində Bakı şəhər İcra Hakimiyyətinin və Suraxanı rayon İcra Hakimiyyətinin məsul işçiləri, bələdiyyə sədrləri, üzvləri iştirak etmişlər. Onlar dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik, saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, xoş arzularını çatdırmışlar.