SİYASƏT
SVETLANA ORLOVA: “AZƏRBAYCANDA KEÇİRİLƏN REFERENDUM, BU İSTİQAMƏTDƏ GÖRÜLƏN İŞLƏR, ƏLDƏ OLUNAN İRƏLİLƏYİŞLƏR BİR ÇOX ÖLKƏLƏRƏ NÜMUNƏ OLA BİLƏR”
Bakı, 18 mart (AZƏRTAC). Azərbaycanda keçirilən referendum, bu istiqamətdə görülən işlər, əldə olunan irəliləyişlər bir çox ölkələrə nümunə ola bilər. Düşünürəm ki, bu müsbət təcrübədən mütləq istifadə olunmalıdır.
Bu sözləri referendumu izləmək üçün Azərbaycana gəlmiş Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini Svetlana Orlova bildirmişdir.
S.Orlova demişdir: İndiyədək 5 seçki məntəqəsində müşahidə aparmışam. Təəssüratım çox yaxşıdır. Ümumiyyətlə, mən dördüncü dəfədir ki, Azərbaycanda seçki və referendum prosesini müşahidə edirəm. Hər dəfə də müsbət yeniliklərlə qarşılaşıram. Düşünürəm ki, bu referendum Azərbaycan üçün mühüm bir tarixi hadisə olacaqdır. Çünki, əlavə və dəyişikliklər həm də sosial xarakterlidir. Referendumdan öncə apardığımız müşahidələrə əsasən deyə bilərik ki, bu proses qanunvericiliyin tələbələrinə uyğun, olduqca mükəmməl şəkildə aparılır.