Tanınmış bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim ediləcək
Bakı, 7 may, AZƏRTAC
Mayın 31-də Heydər Əliyev Sarayında tanınmış bəstəkar Ələkbər Tağıyevin mahnılarından ibarət konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə respublikamızın sevilən və tanınmış sənətkarları - Xalq artistləri Brilliant Dadaşova, Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Zaur Rzayev, Nəzakət Teymurova, Samir Cəfərov, Əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Fehruz Səxavət, Abbas Bağırov, Lalə Məmmədova, Firuzə İbadova, Nuriyyə Hüseynova və digər müğənnilər iştirak edəcəklər.
Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Bəstəkarın “Sən gəlməz oldun”, “Arzu qızım”, “Sənə qurban”, “Sədaqətim var” kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.
Biletləri Heydər Əliyev Sarayının kassasından, www.iticket.az saytından onlayn, “ASAN xidmət”, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi anılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]