Azərbaycan Dövlət İnformasiya Agentliyi

TARİXƏ 20 YANVAR FACİƏSİ KİMİ DÜŞMÜŞ O QANLI GECƏDƏN İYİRMİ İL KEÇİR

Bakı, 18 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qanlı qırğının 20-ci ildönümü ilə bağlı bəyanat yaymışdır.

Bəyanat BMT-nin baş katibinə, insan hüquqları üzrə ali komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmışdır.

Sənəddə bildirilir ki, sovet imperiyasının Azərbaycana qarşı genosid siyasətinin tərkib hissəsini təşkil edən, insan hüquq və azadlıqlarının kütləvi pozulması ilə nəticələnmiş və tarixə 20 Yanvar faciəsi kimi düşmüş o qanlı gecədən iyirmi il keçir. XX əsrdə törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası rəhbərlərinin göstərişi ilə xüsusi hərbi birləşmələr və zirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox rayonuna yeridilmiş, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulmuşdu. Öz torpaqlarının müdafiəsi naminə mübarizəyə qalxmış yüzlərlə silahsız insan, o cümlədən yaşlılar, qadınlar və uşaqlar qətlə yetirilmiş, yaralanmış, itkin düşmüş, inzibati binalara, yaşayış evlərinə, nəqliyyat vasitələrinə ciddi zərər vurulmuşdur. İnsanlıq simasını itirmiş hərbi canilər həlak olanların dəqiq sayını gizlətmək üçün onların cəsədlərini belə məhv etmişlər.

SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, Dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar təkcə paytaxtda 130-dan artıq mülki şəxsi amansızcasına öldürmüş, 600-dən çox adamı yaralamış, ölçüyəgəlməz dağıntılar törətmişlər. Hücum zamanı qadağan edilmiş güllələrdən istifadə olunmuş, hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə atəş açılmış, neçə tibb işçisi yaralanmış, şəhid olmuşdur.

Hüquqi dövlət yaratmaq iddiasında olan, “yenidənqurma” siyasəti həyata keçirən sovet dövləti beynəlxalq hüquq normalarını və SSRİ Konstitusiyasını pozaraq Azərbaycana qarşı misli görünməmiş hərbi təcavüz edərək insanların ən ali hüququ olan yaşamaq hüququnu kütləvi şəkildə pozmuşdur.

Sənəddə deyilir ki, bu müdhiş hadisə Azərbaycan xalqına qarşı mütəşəkkil terror siyasətinin başlanğıcı, silsilə terror aktları sırasında ən ağır zərbələrdən biri olmuşdur. Sovet imperiyası bu cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək vermiş, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımları baş vermiş, torpaqlarımızın 20 faizi zəbt edilmiş, Ermənistan ərazisindən, Dağlıq Qarabağ və ətraf yeddi rayondan əhali zorla qovulmuş, soydaşlarımızın bir milyon nəfəri öz doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmişdir.

Bu faciə bəşər tarixində dövlətin öz vətəndaşlarına qarşı törətdiyi ən qatı cinayətlərdən biri, misilsiz vəhşilik nümunəsi, insanlığa qarşı yönəlmiş aksiya kimi sovet hakimiyyətinin bədnam tarixinin qara səhifəsidir. Azərbaycanda öz hökmranlığını təsdiqləmək niyyətində olan imperiyanın amansızcasına törətdiyi qırğın əks nəticə vermiş, xalqımızın müstəqillik uğrunda inadlı mübarizəsini daha da gücləndirmişdir.

Həmin faciəyə siyasi-hüquqi qiyməti ilk olaraq ümummilli lider Heydər Əliyev vermişdir. O, hələ 1990-cı il 21 yanvar tarixində bu dəhşətli hadisəyə münasibətini bildirərkən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etmişdir. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün həmin tarixi - Milli Matəm günü elan etmiş ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Milli Məclis tərəfindən bu hadisəyə rəsmi, siyasi və hüquqi qiymət verilmiş, həmin faciənin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsinə divan tutmaq üçün törədildiyi bəyan edilmişdir.

Bakı şəhərində şəhidlərin xatirəsinə möhtəşəm abidə ucaldılmış, onların uyuduğu torpaq soydaşlarımız üçün and yerinə çevrilmişdir. Qanlı hadisədə şəhid olanların ailə üzvlərinə, fiziki sağlamlığını itirənlərə dövlət tərəfindən daim qayğı göstərilir. 20 Yanvar təcavüzü zamanı yüksək vətənpərvərlik və hünər nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən, “20 Yanvar şəhidi” fəxri adı verilmiş, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinətin məbləği artırılmışdır. Dövlət Sosial Müdafiə Fondunun illik büdcəsində 20 Yanvar hadisələrində əlil olmuş şəxslərə müvafiq müavinət nəzərdə tutulur, həmçinin bu ailələrə Prezident təqaüdü verilir.

Respublikamızda hər il 20 Yanvar - Ümumxalq hüzn günü kimi qeyd edilir və xalqımız igid övladlarının fədakarlığını ehtiramla yad edir.

20 Yanvarda dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.

20 Yanvar faciəsi kütləvi insan itkisi ilə nəticələnən terror hadisələri sırasında öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin qanlı faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməmişdir.

Bəyanat bu sözlərlə bitir: “İnanırıq ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, xalqımıza qarşı törədilmiş, əvvəlcədən düşünülmüş, antihumanist, antidemokratik, insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayət tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib