DÜNYA
Terrorçuluqda əli olmaqda ittiham edilən üç alman Frankfurt aeroportunda saxlanılıb
Berlin, 9 sentyabr (AZƏRTAC). Reuters agentliyi Almaniya Federativ Respublikası Baş Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, bu günlərdə Frankfurt-Mayn aeroportunda, üç nəfər gənc alman saxlanılıb.
Xarici terror qruplaşmasının üzvü olmaqda ittiham edilən bu gənclər AFR dövlətinin təhlükəsizliyinə təhdid mənbəyi olan ağır cinayət törətməyə hazırlaşmaqda şübhəli hesab edilirlər. İdarənin nümayəndəsi bildirib ki, onlar AFR-ə Keniyadan təyyarə ilə gəliblər.
dpa agentliyi xəbər verir ki, 23, 26 və 28 yaşlarında üç alman 2012-ci və 2013-cü illərdə Somaliyə gedərək orada islamçı “Əl-Şəbab” qruplaşmasına üzv olublar. SWRinfo radiostansiyasının verdiyi məlumata görə, bu üç nəfər gənc alman döyüş əməliyyatlarında daha iştirak etmək istəmədikləri üçün Almaniyaya qayıdıblar.
Dördüncü şübhəli şəxsin mənzilində axtarış aparılıb. Bu barədə ətraflı məlumat verilmir.