REGİONLAR
Tərtər rayonunda növbəti səyyar qəbul keçirilib
AZƏRTAC xəbər verir ki, rayonun hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələrinin də iştirak etdikləri görüşdə əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Görüşdə kənd sakinlərindən Eldəniz Əliyev, Teyyub Kərimov, Nübar Kərimova, Qurban Səfərəliyev və başqaları müraciət edərək, kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıb, arzu və təkliflərini bildiriblər. Qeyd olunub ki, kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, kənd yolunun asfaltlanmasına ehtiyac var.
Görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.