DÜNYA
Tokioda Yaponiya paytaxtının qubernatoru seçkiləri başa çatmışdır
Tokio, 9 fevral (AZƏRTAC). Fevralın 9-da Tokio seçiciləri yeni qubernator seçkilərində iştirak etmişlər.
Yeni qubernator ötən ilin dekabrında maliyyə qalmaqalına görə istefa vermiş Naoki İnoseni əvəz edəcəkdir.
Kyodo News informasiya agentliyinin proqnozuna əsasən, keçmiş səhiyyə, əmək və sosial təminat naziri Yoiçi Masuzoe qələbəyə doğru inamla irəliləyir.
Hakim Liberal Demokratik Partiyanın dəstəklədiyi 65 yaşlı Y.Masuzoe 2020-ci il Tokio Olimpiadasını Olimpiya Oyunları tarixində ən yaxşısı etməyə söz vermişdir. Y.Masuzoe, həmçinin vəd etmişdir ki, 2007-2009-cu illərdə səhiyyə, əmək və sosial təminat naziri olarkən əldə etdiyi təcrübədən istifadə edərək Tokionu təbii fəlakətlərin qarşısının alınması, sosial təminat, biznes və təhsil sahəsində dünyanın bir nömrəli şəhərinə çevirəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [17:37]
Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir
- 20.05.2024 [16:57]
Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb
- 20.05.2024 [16:49]
Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb
- 20.05.2024 [16:30]
İndoneziyanın İbu vulkanı beş kilometr hündürlüyə kül püskürüb
- 20.05.2024 [16:17]
Siqaret hər il Laosda 6700 nəfərin ölümünə səbəb olur
- 20.05.2024 [16:10]