TOVUZDA YUBİLEYLƏ BAĞLI İMƏCİLİK KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tovuzda ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar geniş tədbirlər planına uyğun olaraq iməciliklər keçirilir. Aprel ayının əvvəllərindən mayın 10-dək davam edəcək iməciliklər zamanı yeni ağac və gül kolları əkilir, park və xiyabanlarda yaşıllıqlara qulluq edilir, şəhərdə, Qovlar qəsəbəsində, kəndlərdə təmizlik və səliqə-səhman işləri görülür.
Sonuncu iməcilikdə 5 min ağac və gül kolu əkilmişdir. Rayonda 15 minə qədər dekorativ və həmişəyaşıl ağac əkmək nəzərdə tutulmuşdur.
Ekologiyanın sağlamlaşdırılması, təbiətin qorunması istiqamətində respublikada misilsiz işlər görmüş böyük öndərin yubileyi ilə bağlı Tovuzda ümumrayon iməcilikləri davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
- 05.06.2026 [16:50]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri TBMM-də olub
- 05.06.2026 [15:34]